UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

4
bbbbbb 0
Spread the love

Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, “UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb.

Bildiririk ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.
*(https://genprosecutor.gov.az/az/post/8975)*

İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında *Xəyalə İsmayılovanın* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, *Müşfiq Bağırovun* 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, *Rəna Quliyevanın* isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. *Hazırda məhkəmə baxışı davam etdirilir.*

Sözügedən cinayət işi üzrə *Gülbadə Abdullayeva* barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə “Konstitusiyaya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar xitam verilib.

Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.

Bununla yanaşı, *Gülbadə Abdullayeva* tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.

Eyni zamanda, *G.Abdullayeva* barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.

Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

AMİDTV.AZ

Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4 min manatımı mənimsədi”

Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib