TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn iclası keçirilib

12
bbbbbb 0
Spread the love

Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

  İclasda Azərbaycan nümayəndə heyətini  Milli Məclisin deputatı, TÜRKPA- nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüquq və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda Ombudsman təsisatının fəaliyyəti barədə danışıb.

  Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “TÜRKPA-ya üzv dövlətlərdə yaşayış icazələrinin asanlaşdırılması haqqında”, “Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında” model qanun layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

AMİDTV.AZ

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib