Türk Dövlətləri Təşkilatı ölkələrinin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramına start verilib

11
bbbbbb 0
Spread the love

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri II “INTERNSHIP” (təcrübə) proqramında iştirak üçün ölkəmizdə səfərdədir.

Qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, eləcə də Zəfər parkını ziyarət ediblər.

Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyub, əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Zəfər parkını ziyarət edən qonaqlar xatirə daşının önünə gül dəstələri düzüblər.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində təcrübə proqramının açılış tədbiri keçirilib. Komitə sədrinin birinci müavini Valeh Hacıyev giriş nitqi ilə qonaqları salamlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti, TDT-nin yaranması və komitə haqqında məlumat verib, tədbirin keçirilməsinin qurumlar arasında əməkdaşlığın genişləndirilməsindəki əhəmiyyətindən danışıb. Valeh Hacıyev Ulu Öndər Heydər Əliyevin fikirlərindən sitat gətirərək çıxışını yekunlaşdırıb: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”.

Ardınca Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətlərindən bəhs edən təqdimatlar nümayiş olunub.

Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazso çıxış edərək ölkələrinin diaspor siyasətindən və görülən işlərdən danışıb, türk dünyasının həmrəyliyi, diaspor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Təcrübə proqramının iştirakçıları daha sonra Şuşa və Xankəndiyə yola düşüb.

AMİDTV.AZ

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib