Tələbələr “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsində iştirak ediblər

19
bbbbbb 0
Spread the love

Gənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji düşüncəyə malik gənc nəslin formalaşmasına töhfə vermək məqsədilə həyata keçirilən “Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu dəfə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüş keçirilib.

Görüş zamanı ETSN-in mütəxəssisi Murad Şahverdiyev tərəfindən gənclərə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sağlam ətraf mühitin yaradılması, təbiətin qorunması və ekosistemin bərpası istiqamətində görülən tədbirlər haqqında məlumatlar verilib.

Daha sonra Milli Hidrometeorologiya Xidmətinin İqlim və meteoroloji tədqiqatlar mərkəzinin mütəxəssisi Gülnar Muradova tərəfindən karbon izi, onun hesablanmasının əhəmiyyəti və karbon izinin azaldılması yolları haqqında ətraflı məlumat təqdim olunub, həmçinin iştirakçılara fərdi karbon izinin hesablanması prosesi öyrədilib və praktiki tapşırıqlar verilib.

Qeyd edək ki, Nazirlik tərəfindən keçirilən bu kimi maarifləndirici tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkədə ekoloji təşəbbüslərin təşviqinə və ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

AMİDTV.AZ

15 aprel – Ekoloji Bilik Günüdür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib