Sevilən müğənni Cavanşir Məmmədov həyata əbədi gözlərini yumdu

23
bbbbbb 0
Spread the love

Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov səhər saatlarında vəfat edib.

AMİDTV.AZ  xəbər verir ki, TƏBİB-dən məlumat verilib ki,“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanında həkiməqədər ölüm qeydə alınıb”, bu gün qəfil vəfat edən müğənninin ölüm səbəbinin ürəktutması olduğunu bildirdilər.

Əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.

Mərasimdən sonra sənətkar “Qurd qapısı” qəbiristanlığına aparılaraq anası Gülü Məmmədovanın yanında torpağa tapşırılıb.
Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb. 

2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.

PS:AMİDTV.AZ Kollektivi adından mərhumun yaxınlarına və doğmalarına bütün sevənlərinə dərin hüzünlə başsağlığı veririk.Allah rəhmət eləsin, məkanı cənnət olsun!

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN