Səudiyyə Ərəbistanı Krallığında  Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətanət Süleymanovanın (Duyğulu) “Doğma dilim” adlı kitabının təqdimat mərasimi baş tutub.

13
bbbbbb 0
Spread the love

Səudiyyə Ərəbistanı Krallığında  Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətanət Süleymanovanın (Duyğulu) “Doğma dilim” adlı kitabının təqdimat mərasimi baş tutub.

Tədbirdə müəllif əsərin ideya-məzmunu, ana dilimizin saflığının qorunması və milli kimliyimizin möhkəmlənməsində dilin rolu barədə çıxış edib, “Bu Zəfər” adlı şeirini səsləndirib. Qeyd edib ki, bu, sadəcə, uşaq kitabı deyil, eyni zamanda dilimizin işığı, Vətənimizin səsi və Azərbaycanın qürbətdə döyünən ürəyidir. O, kitabın azərbaycanlı uşaqlarda milli ruhun, dil sevgisinin və vətənpərvərlik duyğularının formalaşmasına mühüm töhfə verəcəyini bildirib. 

Çıxışlarda Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs edilib. Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın birliyini və qəhrəmanlıq ruhunu təcəssüm etdirdiyi, Dövlət Bayrağı Gününün isə müstəqilliyimizin, azadlığımızın və milli kimliyimizin rəmzi olduğu diqqətə çatdırılıb.

Sonda azyaşlı soydaşlarımız vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Onlara kitab hədiyyə edilib.

AMIDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi