Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1650 şəxs peşə hazırlığına cəlb olunub

14
bbbbbb 0
Spread the love

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən ötən dövrdə ümumilikdə 1650 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 600-ə yaxını işğaldan azad olunmuş ərazilərin sakinləridir.

2023-cü ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan müəssisə Bərdə şəhərində yerləşir. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Burada 48 peşə istiqaməti (dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s.) üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb.

Hazırda Mərkəzdə 70-dək şəxsin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.

AMIDTV.AZ

Azərbaycanda 4 nəfərlik ailə bu qədər pulla dolana bilər

Son bir ildə pensiya ödənişlərinə 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri