Qərbi Azərbaycan İcması bəyanat yaydı

22
bbbbbb 0
Spread the love

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib.

AMİDTV.AZ Qərbi Azərbaycan İcmasının bəyanatını təqdim edir:

Eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirmişdir.ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onların hüquqları Avropa Parlamentinin yadına niyə düşmürdü? Ermənistanın öz ərazisindən qovduğu 300 min azərbaycanlının öz evinə qayıtmasına imkan verməməsi və Qərbi Azərbaycan İcmasının dialoq çağırışına məhəl qoymaması Avropa Parlamentini niyə heç narahat etmir?Bütün bunlar onu sübut edir ki, Avropa Parlamentinin son addımlarının əsl səbəbi insan hüquqları deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsidir.Əgər Avropa Parlamenti sanksiyalar yolu ilə insan hüquqlarını təşviq etmək istəyirdisə, onda milyondan artıq azərbaycanlının təməl hüququnu pozmuş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çalışmalı idi. Qərbi Azərbaycan İcması Avropa Parlamentindən ayrı-seçkilik siyasətindən, regionda vəziyyəti gərginləşdirən addımlardan və insan hüquqları kimi ali dəyərdən sui-istifadə cəhdlərindən əl çəkməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri