Prezident İlham Əliyev Monqolustanın dövlət başçısını milli bayramı münasibətilə təbrik edib

16
bbbbbb 0
Spread the love

Prezident İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə bu ölkənin dövlət başçısı Uxnaaqiyn Xurelsuxu və monqol xalqını ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

Bununla bağlı təbrik məktubunda, həmçinin qeyd edilib: “Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. Hazırda Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin gündəliyinin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı şərait formalaşmışdır.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Dövlətimizin başçısı Uxnaaqiyn Xurelsuxa möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

AMIDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN