Prezident İlham Əliyev: Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub

8
bbbbbb 0
Spread the love

Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyub, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri edib.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı, həmçinin əmin olduğunu bildirib ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaq.

AMİDTV.AZ

TÜRKPA-nın tədbirində

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

Zəngin elmi irsi ilə seçilən,insan düşüncəsinin üfüqlərini genişləndirən professor Elza Salahova

Tısbağa və ördəklər

TÜRKPA-nın tədbirində