Məktəblimiz ABŞ-ın ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

16
bbbbbb 0
Spread the love

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-ın ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

AMİDTV.AZ xəbər verir ki, o, Birləşmiş Ştatların Erbana Şempeynsdəki İllinoys, Purdyu, eləcə də Penn universitetlərindən qəbul qazanıb.

Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar (25 500 AZN), Fordhem Universitetindən isə illik 25 000 dollar (42 500) dəyərində təqaüd əldə edib.

G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “FLEX” (Future Leaders Exchange Program) proqramının finalçısıdır.

O, dünyanın daha bir neçə universitetinə müraciət etdiyini, cavab gözlədiyini və seçimini yekun siyahıdan edəcəyini söyləyib.

Qeyd edək ki, G.Ağakişiyeva həm ölkədaxili, həm beynəlxalq olimpiadaların fəal iştirakçısı olub. Məktəbli Respublika fənn olimpiadaları üzrə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan linqvistika olimpiadalarının finalçısı, eyni zamanda “HIPPO-2023” və “TeenEagle” beynəlxalq ingilis dili olimpiadalarının müvafiq olaraq respublika birincisi və qızıl mükafatçısıdır

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN