Lənkəranda “Ulu Naxçıvanım” adlı tədbir keçirilib.

3
0
Spread the love

Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Ulu Naxçıvanım” adlı tədbir keçirilib.

Öncə Ümummilli Lideri Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Tədbiri Giriş üçün söz açan Lənkəran MKS-in direktor v.m.i.e Arzu Rufullayeva qeyd edib ki, Muxtar respublikada son 20 ildə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin adı ilə sıx bağlıdır. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Tədbirdə Qabaqcıl Təhsil işçisi “Qızıl Qələm Media” mükafatçısı Südabə Babayeva, LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tarix müəllimi Günəş Salayeva, Lənkəran MKS-in Boladı kənd Kitabxana filialının müdiri Könül İsmayılova  çıxış edərək Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs ediblər.

Tədbir Şair Salman Məmmədoğlunun və məktəblilərin ifasında səslənən Vətənpərvərlik ruhunda şeirlər ilə davam edib.

AMİDTV.AZ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti