İlham Əliyevin sözündən üç saat sonra…

7
bbbbbb 0
Spread the love
ilham-eliyevin-sozunden-uc-saat-sonra

Azərbaycanın Türkiyəyə göndərəcəyi “BE-200ÇS” amfibiya tipli təyyarə gecə saatlarında İzmirdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

Onun sözlərinə görə, təyyarə yerli vaxtla saat 23:00-da Adnan Menderes adına hava limanına enəcək.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Ərdoğan telefon danışığı zamanı Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb. 

Azərbaycanın dövlət başçısı isə amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyib. Prezidentlərin telefon danışığından təxminən üç saat sonra sözügedən təyyarə qeyd edilən ünvanda olacaq

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri