Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Evində “Azərbaycan mədəniyyətinin xaricdə təbliği” mövzusunda tədbir keçirilib.

9
bbbbbb 0
Spread the love

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Evində “Azərbaycan mədəniyyətinin xaricdə təbliği” mövzusunda tədbir keçirilib.

Evin rəhbəri, yazıçı Leyla Begim Cəfərova çıxış edərək Azərbaycanın zəngin tarixi irsinin və mədəni dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb. O, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evləri, diaspor təşkilatları və mədəniyyət mərkəzlərinin bu məqsədlə ardıcıl layihələr həyata keçirdiyini qeyd edib. Soydaşlarımızın bu prosesə böyük töhfə verdiyini, onların təşəbbüskarlığının və fəallığının dünya miqyasında Azərbaycan mədəniyyətinin tanıdılmasına mühüm dəstək olduğunu söyləyib.

Tədbirdə Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə həyata keçirilən mədəni layihələr haqqında məlumat verilib. Praqada çex dilində səhnələşdirilən “Cəngavər hərəkəti” tamaşasının görkəmli Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyatına həsr olunduğu bildirilib. Bu tamaşanın yerli auditoriyaya təqdim olunmasının Azərbaycan tarixinin və Qarabağın mədəni irsinin tanıdılması baxımından önəmi vurğulanıb.

AMIDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama