“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb

10
0
Spread the love

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin bağlanış mərasimində iştirak edib.

Mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və  səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Sammitin  ev sahibi Cənubi Afrika Respublikasının Milli Assambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasının sədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça  ilə  görüşüb.

Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərin vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.

Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə və Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə görə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünü bildirib.

Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib.

AMIDTV.AZ


“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb
“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin  11-ci Sammiti başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti