Baş nazir Əli Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

8
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib.  

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub. 

İki ölkənin konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.

AMİDTV.AZ

TÜRKPA-nın tədbirində

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi

Azərbaycan maarifçilik hərəkatının, elmin və texnalogiyanın unudulmaz siması Vaqif Mahmudov

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.