Azərbaycan Tbilisi Beynəlxalq Kitab Festivalında ilk dəfə milli stendlə təmsil olunur

22
bbbbbb 0
Spread the love
related-images

related-images

Mayın 29-da Gürcüstanın paytaxtı Tbilisidə XXVII Beynəlxalq Kitab Festivalı başlanıb. İyunun 1-dək davam edəcək tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə milli stendlə təmsil olunur.
Azərbaycan naşir və yazarlarından ibarət heyət kitab bayramında iştirak edir.
Milli stendimizdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafını əks etdirən 83 adda 200-dən artıq nəşr nümayiş olunur.
Gürcüstan Naşirlər və Kitab Satıcıları Assosiasiyası tərəfindən təşkil olunan festivalın ilk günündə Azərbaycanın kitab mədəniyyətinə həsr olunmuş panel müzakirəsi keçirilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb. Gürcüstan Yazıçılar Evinin sədri Keti Dumbadze çıxışında Azərbaycanla ortaq ədəbi layihələrin planlaşdırıldığını diqqətə çatdırıb.

AMIDTV.AZ

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi