Azərbaycan Respublikasının Prezidenti İlham Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün işinə uğurlar arzuladı. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulandı.

Söhbət zamanı “Masdar” şirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi