Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub

19
bbbbbb 0
Spread the love

Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb.
Nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını bildirib.
Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

USTAD AŞIQ HÜSEYN SARAÇLI-nın 110 illik YUBİLEYİnə həsr olunanBEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

ÇANAKKALE’DEN KARABAĞ’A UZANAN KARDEŞLİKİKİ DEVLET, BİR MİLLET

İKİ DEVLET, BİR MİLLET: KAHRAMANMARAŞ’IN GÖNLÜNDE AZERBAYCAN VAR!

Şəhid Qurbanov Davudun Tariyel oğlunun anım günü