Aprel döyüşlərinə həsr edilən anım tədbirləri keçirilib – VİDEO

16
bbbbbb 0
Spread the love

Aprelin 4-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Hərb Tarixi Muzeyində aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.  
Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, hərbi qulluqçular, Aprel döyüşlərində sağlamlıqlarını itirən şəxslər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər Aprel döyüşlərinin hərbi-siyasi və strateji əhəmiyyətindən danışıb, qazanılan qələbənin 2020-ci ildəki böyük Zəfərə aparan yolun əsas başlanğıcı olduğunu qeyd ediblər. Bu döyüşlərin Azərbaycan Ordusunun gücünü və xalqın dəstəyini bütün dünyaya nümayiş etdirdiyi diqqətə çatdırılıb. Döyüşlərdə Azərbaycan Ordusunun şücaəti, hərbi qulluqçularımızın fədakarlığı xüsusi qeyd olunub.
Bildirilib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, işğal altındakı mühüm yüksəklikləri azad edib və bununla da xalqımızın torpaqlarımızın tam azad ediləcəyinə olan inamını daha da artırıb.
Şəhidlərimizin xatirələrinin daim xalqımızın yaddaşında qalacağı xüsusi əminliklə qeyd olunub. Tədbirlərin bədii hissələrində vətənpərvərlik ruhunda musiqilər, şeirlər səsləndirilib.
Aprel döyüşlərinin 9-cu ildönümü ərəfəsində şəhidlərimizin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

AMIDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri