Akademik Musiqili Teatrın premyera əhvalı davam edir

15
bbbbbb 0
Spread the love

Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanmış “Sən kralsan” tamaşasının premyerasının 2-ci günü də uğurla keçib.
Bu dəfə səhnəyə Prezident təqaüdçüsü Atilla Məmmədov (Elvin), aktyorlar Rauf Babayev (Elvis Presli), Elçin Əhədzadə (Mayor Braun), Prezident mükafatçısı Mehriban Zaliyeva (Roza), Aydan Həsənova (Merilin), Sübhan Rüstəmov (Stiv), Mübariz Nağıyev (səs), həmçinin xor və balet artistləri çıxıblar.
Qeyd edək ki, “Sən kralsan”ın 24 oktyabrdan başlayan premyerası 26-dək davam edəcək.

XX əsrin əfsanəvi müğənni və aktyoru – “rok-n-rollun kralı” Elvis Preslinin ölməz mahnıları əsasında səhnələşdirilən müzikl tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri isə Tamilla Aslanova və Polina Fyodorovadır.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək mümkündür.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu