Akademik Musiqili Teatrda premyera – “Killerdən teleqram”

10
bbbbbb 0
Spread the love

10 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında “Killerdən teleqram” monotamaşasının premyerası olacaq.
Quruluçu rejissoru Zaur Əliyev olan bu tamaşada Killer-Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.
Səhnə əsərinin quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Tamaşada uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik illərində də bir çox mənəvi-psixoloji zərbələr alan bir insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir…
Premyera üçün biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Iticket. az” saytından əldə etmək olar.

AMİDTV.AZ

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib