Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının premyerası olacaq

43
bbbbbb 0
Spread the love

11 və 12 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası olacaq.

Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən ikihissəli musiqili dramın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.

Tamaşada yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, eyni zamanda onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri də əks olunur.

Səhnə əsərinın bəstəkarı Əli Əliyevdir. Bununla yanaşı, xarici bəstəkarların – İohan Ştraus II, Salvatore Markezi və Frederik Şopenin də əsərlərindən istifadə olunub.

Quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Məlahət Qasımova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırova olan bu tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Hüseyn Əlili, Faiq Mirzəyev, Gültac Əlili, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.

      Premyeranı izləmək istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN