İtaliyada yaşayan soydaşımız Gənc Avropa səfiri seçilib

22
bbbbbb 0
Spread the love

İtaliyanın Genuya şəhərində yaşayan doktorant, beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçı, diaspor fəalı Toğrul Əliyev 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs) seçilib.

“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı” (“EU NEIGHBOURS east”) çərçivəsində həyata keçirilməyə başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən, qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq edilməsini hədəfləyir.

Qeyd edək ki, Toğrul Əliyev Türkiyə və İtaliyada təhsil alıb. “Erasmus+” proqramı çərçivəsində bir neçə Avropa ölkəsində təcrübə keçib. Diaspor layihələrində fəal iştirak edən soydaşımız Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı, Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.

AMIDTV.AZ

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri