Şimali Kiprin Final Universitetinin rektoru Dövlət Komitəsində olub

5
bbbbbb 0
Spread the love

Diasporla İş üzrə Dövlət Komitəsində Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Final Universitetinin rektoru Orhan Gemikonaklı ilə görüş keçirilib.

Qonağı səmimi salamlayan komitənin şöbə müdiri Cavid İsmayıl fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın müharibə dövründə və müharibədən sonra gördükləri işlər barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən rektor səfərin məqsədi və Final Universitetinin fəaliyyəti barədə söz açıb, universitetdə azərbaycanlı tələbələrin təhsil almasından məmnunluq duyduğunu bildirib. Səfər zamanı müxtəlif ali təhsil müəssisələrində görüşlər keçirdiyini deyən rektor Azərbaycan universitetləri ilə təcrübə və tələbə-müəllim mübadiləsinə hazır olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da iştirak edib.

AMIDTV.AZ

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib