Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki

18
bbbbbb 0
Spread the love

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları  və mülki  işçilər!
Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da  gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirmiş və nəticədə 2020-ci il tariximizə Zəfər ili kimi yazılmışdır.  2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilmişdir.
Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol ruzi-bərəkət gətirsin.
Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ramazan bayramınız mübarək olsun!

AMIDTV.AZ

Azərbaycan Respublikasının müdafiə naziri

general-polkovnik Zakir Həsənov

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri

Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri