Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub

12
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım,

Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində
Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasından böyük qürur və iftixar hissi keçiririk.

Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.

İnanıram ki, güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycan xalqının davamlı rifahı və tərəqqisi ilə bağlı ən xoş arzularımı bildirir, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

AMIDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi