Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

26
bbbbbb 0
Spread the love

17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilir. Mötəbər tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, sahə üzrə tanınmış ekspertlər iştirak edir.
Mayın 18-də Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov və Səadət Yusifovanın sessiyada iştirak edən UNESCO-nun Dünya İrs Mərkəzinin (World Heritage Centre) direktoru Lazare Eloundou Assomo ilə görüşü keçirilib.
Söhbət zamanı WUF13 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan Respublikasında, xüsusilə də onun işğaldan azad olunan ərazilərində müasir şəhərsalmanın uğurlu həllərindən geniş istifadə edilir.
Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib, Azərbaycan tərəfinə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan ilə Dünya İrs Mərkəzi arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri