Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirildi
9 may 2026-cı il tarixində Bakı şəhərində yerləşən Globus Centerdə Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqi ilə çıxış edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri İlkin
Məmiyev Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun zəngin siyasi irsinin bu gün də gənclər üçün örnək olduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Azər Badamov və Aydın Hüseynov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, hərbi-siyasi ekspert, polkovnik-leytenant Elmar Hüseynov, eləcə də Qasım bəy Zakirin kötücəsi Ayaz Əlikişibəyov iştirak
edərək çıxışlar ediblər. Qonaqlar çıxışlarında Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən bəhs edib, onun siyasi fəaliyyətinin ölkənin inkişafındakı mühüm rolunu qeyd ediblər.
Tədbir çərçivəsində Əbədi Birlik Gənclər İctimai Birliyinin könüllüsü Könül Əliyeva
“Heydər ata, Heydər baba”, Gənc Könüllülər Mərkəzinin könüllüsü İradə Mehdiyeva isə
“Onu zaman seçib” adlı şeirləri səsləndiriblər.
Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.
Tədbirin aparıcılığı Əbədi Birlik Gənclər İctimai Birliyinin mətbuat katibi Amalya
Əhmədova tərəfindən həyata keçirilib. Tədbirin sonunda Amalya Əhmədova tərəfindən Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirilib.
AMİDTV.AZ





1