Eldost İbrahimovun urdu dilinə tərcümə etdiyi “Mir Cəlalın hikmətli kəlamları” kitabının təqdimatı keçirilib

27
bbbbbb 0
Spread the love

29 aprel – Mir Cəlal Paşayevin anadan olmasının 118 illiyi münasibətilə “Ədibin evi”ndə Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimovun urdu dilinə tərcümə etdiyi “Mir Cəlalın hikmətli kəlamları” kitabının təqdimatı olmuşdur. Tədbir zamanı Şərqşünaslıq fakültəsinin tələbələri ədibin əsərlərindən seçilmiş nümunələri böyük həvəslə təqdim edərək, təsirli çıxışları ilə iştirakçıların dərin rəğbətini qazandılar. Təqdimatda kitabın müəllifi professor Həcər Hüseynova, elmi redaktoru professor İlhamə Hacıyeva və Urdu dilinə tərcümə edən Eldost İbrahimov çıxış edərək vurğuladılar ki, Mir Cəlal Paşayev yalnız görkəmli ədib deyil, eyni zamanda milli düşüncənin, mənəvi dəyərlərin və maarifçiliyin parlaq daşıyıcısıdır. Onun yaradıcılığı xalqın ruhunu, həyatını və daxili aləmini incəliklə əks etdirir. Təqdim olunan bu nəşr isə ədibin zəngin irsinin dəyərli təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Kitabda toplanmış kəlamlar yalnız müəyyən bir dövr üçün deyil, bütün zamanlar üçün aktual olan dərin məzmun kəsb edir. Xüsusilə qeyd olundu ki, əsərin Urdu dilinə tərcümə edilməsi Mir Cəlal irsinin beynəlxalq müstəvidə tanıdılmasında mühüm hadisədir. Belə ki, dünyada ən çox danışılan dillərdən biri olan urdu dillinə tərcümə olunaraq Pakistan oxucularına çatdırılması dövlətlərimiz arasındakı ədəbi və mədəni əlaqələrin daha da inkişaf etməsində mühüm töhvə olacaqdır.

AMİDTV.AZ

Nicat Dilqəmli

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

Lənkəranda mərhum şair Vaqif Hüseynovun 90 illik yubileyi qeyd olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu

Lənkəranda “Narkomaniya ilə mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib