Uşaq İncəsənət Festivalı – 2025 başlayır!

11
bbbbbb 0
Spread the love
news-detail

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqları peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak etməyə dəvət edir.

Festival, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunur. Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadınızı nümayiş etdirərək, festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edəcəksiniz. Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalana bilərsiniz. Qeyd edək ki, festival boyunca iştirakçıların ruh yüksəkliyini qorumaq və artırmaq məqsədilə müxtəlif düşərgələr, master-klasslar, incəsənət xadimləri ilə görüşlər və bir-birindən maraqlı tədbirlər həyata keçiriləcək.

Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək. İştirak üçün qeydiyyat bugündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq.

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri