Krakov Azərbaycan Evində “Polşada təhsil, yaşam və karyera perspektivləri” adlı seminar keçirilib

0
0

Krakov Azərbaycan Evində “Polşada təhsil, yaşam və karyera perspektivləri” adlı seminar keçirilib

Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının, Qərbi Azərbaycanlıların Mədəni İrs Hüquq və Azadlıqlarının Müdafiəsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Polşada təhsil, yaşam və karyera perspektivləri” adlı seminar keçirilib.

Polşanın “Polcare Academy” şirkətinin konsultant heyəti və bu ölkənin aparıcı şirkətlərində müxtəlif vəzifələrdə çalışan həmyerlilərimiz öz iş təcrübələrini iştirakçılarla bölüşərək, Polşanın İT və maliyyə bazarı haqqında təqdimatla çıxış ediblər.

Seminar müddətində Polşada təhsil, həyat tərzi, tələb olunan ixtisaslar, eləcə də orada leqal olaraq yaşamaq və işləmək haqqında geniş məlumatlar verilib. Həmçinin uğurlu CV hazırlanma qaydası, iş müsahibələri zamanı verilən suallar və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Krakov Azərbaycan Evində Polşada yaşayan azərbaycanlıların şəbəkələşməsi, eləcə də Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində mütəmadi tədbirlər təşkil olunur.

AMİDTV.AZ

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

İllinoys Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Tuluz Azərbaycan Evində səyyar konsulluq xidməti təşkil edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Zamanın memarı, düşüncənin dizayneri,Təranə Bəkirova

Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır