Astarada mədəniyyət müəssisələrinə monitorinqlər davam etdirilir
Astara Rayon Mədəniyyət Mərkəzinin monitorinq komissiyası rayon ərazisində fəaliyyət göstərən klub və mədəniyyət müəssisələrində yoxlama və baxışlarını davam etdirir.
Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin iştirakı ilə keçirilən monitorinqlər zamanı müəssisələrin fəaliyyəti geniş şəkildə müzakirə olunub, mövcud vəziyyət nəzərdən keçirilib. Eyni zamanda, aşkar olunan çatışmazlıqlar və mövcud problemlər dinlənilərək onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, metodiki işlərin daha da təkmilləşdirilməsi, qarşıda duran vəzifələr və prioritet istiqamətlər barədə aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Monitorinqlərin əsas məqsədi mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da səmərəli təşkili və xidmət keyfiyyətinin artırılmasıdır.
AMİDTV.AZ
Allahverən Pərvizoğlu




