Lənkəranda Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

0

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qalıb Zülfüqarlının atası Layim Zülfüqarlı və Rusif Ağayevin atası İbrahim Ağayev ilə görüş təşkil olunub.Görüşdə Lənkəran MKS-in direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, şəhid valideynlərinə qəhrəman övladlar yetişdirdiklərinə görə dərin təşəkkürünü bildirib.Daha sonra şəhid valideynləri övladlarının həyat və döyüş yollarından bəhs ediblər. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Görüşün sonunda Arzuyə Rufullayeva şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir