Akademik Musiqili Teatrın “Sən elə bir zirvəsən!..” tamaşası bu dəfə Lənkəranda

6
0
Spread the love

AMİDTV.AZ xəbər verir ki,Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən!..” tamaşası ilə bu dəfə lənkəranlıların qonağı olacaq.20 noyabr saat 18:00-da Lənkəran Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq tamaşada teatrın solistləri Əməkdar artist Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər. Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində təqdim olunan tamaşa daha sonra Gəncə, Şəki və Mingəçevir şəhərlərində də uğurla göstərilib.

AMİDTV.AZ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, böyük ziyallıdır

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib