Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib

6
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur. Hər ay keçirilən bu qəbildən görüşlərin məqsədi sakinlərin problem və təkliflərini yerində dinləmək, qaldırılan məsələlərin operativ həlli və digər məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə yönəldilməsidir.
Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə növbəti vətəndaş qəbulu iyunun 7-də İmişli rayonunda keçirilib.
İmişli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbuldan əvvəl nazir və rayonun icra başçısı Elçin Rzayev Ümummilli liderin şəhərdəki abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Əsasən, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından bir qrup vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin müraciətləri mədəniyyət sahəsinə dair təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşların ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini, fikirlərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə göstərilməsi, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama