Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi yad edildi

8
bbbbbb 0
Spread the love

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın “Amerikalı kürəkən” tamaşası nümayiş olunub.
Səhnə əsərinin nümayişindən sonra Əməkdar artist Əkbər Əlizadə bəstəkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra Xalq artisti İlham Namiq Kamal Ramiz Mirişli ilə bağlı xatirələrini bölüşüb, bu səhnə əsərindən başqa onun “Qısqanc ürəklər” operettasında da oynadığını vurğulayıb.
Tamaşada əsərin müəllifi Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyev və Ramiz Mirişlinin oğlu, bəstəkar Nazim Mirişli də iştirak ediblər.
2010-cu ilin 29 mayından səhnədə olan və teatrın repertuarında özünəməxsus yer tutan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Tamaşanın 66-cı nümayişində Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Əliməmməd Novruzov, Gültac Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Rəcəbova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama