Şəhər Günü münasibətilə Füzulidə “Zəfərin ruhu” adlı fotosərgi açılıb

14
bbbbbb 0
Spread the love

Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü münasibətilə “Zəfərin ruhu” adlı fotosərgi açılıb.
Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunan sərginin açılışında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, şəhər sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunan sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda Azərbaycan xalqının yenilməzliyinin, sarsılmaz iradəsinin və Qarabağın sürətli bərpasının fotolara köçmüş ifadəsidir. Sərgi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan soydaşlarımızın qürur hissinin təcəssümüdür.
Sərgi çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. Təcrübəli sənət müəllimləri uşaqlara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Ustad dərsləri uşaqlara rəssamlıq biliklərini inkişaf etdirməyə, eyni zamanda tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradıb.

AMİDTVAZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

USTAD AŞIQ HÜSEYN SARAÇLI-nın 110 illik YUBİLEYİnə həsr olunanBEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

ÇANAKKALE’DEN KARABAĞ’A UZANAN KARDEŞLİKİKİ DEVLET, BİR MİLLET

İKİ DEVLET, BİR MİLLET: KAHRAMANMARAŞ’IN GÖNLÜNDE AZERBAYCAN VAR!

Şəhid Qurbanov Davudun Tariyel oğlunun anım günü