Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başladı

3
bbbbbb 0
Spread the love

Aprelin 4-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
 

Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
 

Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. 


Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:

Əri və ya arvadı hərbçi olduqda:
nikah haqqında şəhadətnamənin surəti;
ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
 

Şəhid ailəsi üzvü olduqda:
şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;
 

İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
 həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
 

Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.

Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
 

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq

AMİDTV.AZ


Alizər Hüseynova zəngin intellekti və yüksək pedaqoji ustalığı seçilən pedaqoqlardandır

Şərqşünaslıq yalnız tarix və faktlar toplusu deyil , həm də poeziyadır, fəlsəfədir, ruhdur

Sevinc Bağırova ziyalı duruşu ilə seçilən simalardan biri kimi əbədi yaddaşlara həkk olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi

Azərbaycan maarifçilik hərəkatının, elmin və texnalogiyanın unudulmaz siması Vaqif Mahmudov

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib