Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

4
bbbbbb 0
Spread the love

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb. Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb.Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub.Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar.15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək

AMİDTV.AZ

“Doğu Akdeniz – 2025” təlimi keçirilib

“Sarsılmaz Tərəfdaşlıq-2025” birgə XTQ təlimi sona çatıb – VİDEO

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu