Azərbaycanlı tələbələrin 1,6 milyon dollarlıq startapı

9
bbbbbb 0
Spread the love

ABŞ-nin Çikaqo şəhərində təhsil alan azərbaycanlı gənclər — İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov “FitFindAI” adlı, süni intellekt əsaslı moda texnologiyası startapı yaradıblar.  

ABŞ-də fəaliyyət göstərən, yüksək inkişaf potensialı olan startaplara maliyyə, mentorluq və investor əlaqələri təmin edən “gener8tor Accelerator” proqramı soydaşlarımızın layihəsini 1,6 milyon ABŞ dolları həcmində qiymətləndirib. Bu da layihənin ABŞ-də perspektivli texnologiya startapı kimi dəyərləndirilməsinin  göstəricisidir.  Proqram, həmçinin seçilmiş startaplara 12 həftə ərzində biznes strategiyası, investorlarla görüşlər, təcrübəli mentor dəstəyi və ilkin investisiya da təqdim edir.

Bu layihə istifadəçilərə istədikləri geyimləri həm mətn vasitəsilə, həm də şəkil yükləməklə tapmağa imkan verir. Tətbiq istifadəçinin yerləşdiyi əraziyə uyğun olaraq müxtəlif geyim markaları arasında axtarış aparır və uyğun məhsulları təqdim edir.

Layihə hazırda ABŞ bazarı üçün hazırlanıb və ən yüksək səmərəliliklə ölkə daxilində fəaliyyət göstərir. Komanda yaxın gələcəkdə tətbiqi qlobal bazara çıxarmağı, digər ölkələrdə, o cümlədən Azərbaycanda da tam funksional hala gətirməyi planlaşdırır.

Startapın müəlliflərinin sözlərinə görə, layihənin əsas məqsədi alış-veriş prosesini maksimum dərəcədə sadələşdirmək, istifadəçilərə vaxt qazandırmaq və moda sənayesində yeni yanaşma formalaşdırmaqdır. “FitFindAI” hazırda ilkin mərhələdə olsa da, gələcəkdə daha geniş funksionallığa malik elektron ticarət platformasına çevrilməsi nəzərdə tutulur. Bu platforma vasitəsilə istifadəçilər evdən çıxmadan qısa müddət ərzində istədikləri geyimləri sifariş edə biləcəklər.

Hazırda komanda tətbiqin inkişafını sürətləndirmək, istifadəçi bazasını genişləndirmək və beynəlxalq bazarda mövqeyini gücləndirmək məqsədilə sərmayədarlarla danışıqlar aparır.

Məlumat üçün bildirək ki, 19 yaşında olan soydaşlarımız – İbrahim Cümşüdlü və Ayhan Şahmarov Çikaqo İllinoys Universitetinin (“University of Illinois Chicago”), Əli Şükürov isə Milli Luis Universitetinin (“National Louis University”) tələbəsidir.

YENİNEWSTV24.AZ

Eldost İbrahimovun urdu dilinə tərcümə etdiyi “Mir Cəlalın hikmətli kəlamları” kitabının təqdimatı keçirilib

Lənkəranda gənc şair Arzu Əyyarqızının kitab təqdimatı keçirilib

Səudiyyə Ərəbistanında çalışan azərbaycanlı professor “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın simvoluna çevrilən Kəşfiyyatçısı Şəhid Xudiyev Samir Səməd oğlu

Professor Tofiq Məliklinin ömür yolu elmə, sözə və mədəniyyətə xidmət nümunəsidi

Azərbaycan maarifçilik hərəkatının, elmin və texnalogiyanın unudulmaz siması Vaqif Mahmudov

Barat Rəhim qızı Osmanova arxasında zəngin elmi irs, nəcib insanlıq nümunəsi və hörmətlə anılan bir ömür qoyub getdi.

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib