Azərbaycan mədəniyyətinə itki üz verib, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.

22
bbbbbb 0
Spread the love

Tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edibAzərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü 5 yanvar 2024-cü il tarixində vəfat edib. Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasında təhsil alıb. Gənc yaşlarından qarmon ifaçılığı ilə məşğul olan musiqiçinin bəstələdiyi “Aytac” rəqsi və eyniadlı ilk albomu (1998) ona böyük uğur gətirib. Sonrakı illərdə “Rusif”, “Ləman”, “Rəvanə” rəqslərini yaradıb, dörd albomu işıq üzü görüb. Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Gülbahar Şükürlü dəfələrlə beynəlxalq sənət layihələrində ölkəmizi təmsil edib. Dövlət başçısının müvafiq sərəncamı ilə mədəniyyət sahəsində xidmətlərinə görə 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Gülbahar Şükürlünün vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

USTAD AŞIQ HÜSEYN SARAÇLI-nın 110 illik YUBİLEYİnə həsr olunanBEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

ÇANAKKALE’DEN KARABAĞ’A UZANAN KARDEŞLİKİKİ DEVLET, BİR MİLLET

İKİ DEVLET, BİR MİLLET: KAHRAMANMARAŞ’IN GÖNLÜNDE AZERBAYCAN VAR!

Şəhid Qurbanov Davudun Tariyel oğlunun anım günü