Lənkəran nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri

22
bbbbbb 0
Spread the love

“Yolumuz Qarabağadır” layihəsi çərçivəsində Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərinə səfər təşkil olunmuşdur.

Səfərdə Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

Səfərin əsas məqsədi iştirakçıların Qarabağın zəngin tarixi, mədəni irsi və müasir inkişafı ilə yaxından tanışlığını təmin etmək, eyni zamanda vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək olmuşdur.

Səfər çərçivəsində iştirakçılar qeyd olunan şəhərlərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində müşahidə etmiş, ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələri ilə yaxından tanış olmuşlar.

Qeyd edək ki, bu kimi layihələr milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

Azərbaycanın qastroturizm imkanları Koreyada tanıdılıb

Şəkiyə mediatur təşkil olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri