Astara Mədəniyyət Mərkəzinə yeni direktor təyin olundu

10
bbbbbb 0
Spread the love

Astara rayon Mədəniyyət Mərkəzinə yeni direktor təyin olunub.

Belə ki, Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kakayev vəzifəsindən Astara rayon Mədəniyyət Mərkəzinə direktor təyin olunub.

Qeyd edək ki, Anar Kəkəyev 12 noyabr 1983-cü ildə Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kəndində anadan olub.

O, 2015–2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Rejissorluq” ixtisası üzrə bakalavr təhsili alıb.

Əmək fəaliyyətinə media sahəsində başlayan Anar Kəkəyev 2011-ci ilin fevral ayından 2022-ci ilin iyul ayına qədər ARB Cənub Televiziya Şirkətində PR menecer kimi çalışıb və bu müddətdə ictimaiyyətlə əlaqələr sahəsində zəngin təcrübə qazanıb.

2016–2017-ci illərdə Azad Azərbaycan Televiziyasında yayımlanan “Günəşim ol” teleserialında, 2020-ci ildə isə ARB Televiziyasında “Uçurum” teleserialının 3-cü mövsümündə prodüser kimi fəaliyyət göstərib.

2020-ci ildə “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyində Gənclər Təşkilatının sədri kimi ictimai əsaslarla fəaliyyət göstərib. 2021-ci ildə “Yüksəliş” müsabiqəsinin mərhələlərində iştirak edərək bir neçə mərhələni uğurla keçib.

2021-ci ilin iyun ayından 2022-ci ilin yanvar ayına qədər Lənkəran şəhər 3 saylı Folklor evinin müdiri vəzifəsində çalışıb. Daha sonra 2022-ci ilin fevral ayından oktyabr ayına qədər Lənkəran Regional Mədəniyyət İdarəsində məsləhətçi kimi fəaliyyət göstərib.

2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının Lənkəran Regional Mədəniyyət İdarəsi üzrə ərazi partiya təşkilatının sədr müavini kimi fəaliyyətini davam etdirib.

2022–2026-cı illərdə Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2025-ci ildən isə Astara Pedaqoji Kollecində mədəniyyətşünaslıq üzrə müəllim kimi fəaliyyət göstərir.

2026-cı ilin aprel ayında Anar Kəkəyev Astara rayon Mədəniyyət Mərkəzinə direktor təyin olunub.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri