Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb

12
bbbbbb 0
Spread the love

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli aktyor, Xalq artisti Rasim Balayevlə martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Vida mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də dövlət qurumları və yaradıcılıq təşkilatları adından əklillər düzülüb.
Əvvəlcə Rasim Balayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədova və Xalq artisti, kinorejissor Oqtay Mirqasımov çıxış edərək Rasim Balayevin Azərbaycan milli kinosunun inkişafına verdiyi mühüm töhfələrdən danışıblar.
Qeyd olunub ki, sənətkar ekran əsərlərində canlandırdığı bir-birindən maraqlı obrazlarla tamaşaçıların yaddaşında əbədi yaşayacaq.
Aktyorun ailə üzvləri adından çıxış edən Ülvi Balayev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra Xalq artisti Rasim Balayevin cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN