Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

11
bbbbbb 0
Spread the love

Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.

Görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.

Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin “Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri