Bursada “Dirilişin Adı: Qarabağ” adlı tədbir keçirilib

9
bbbbbb 0
Spread the love

Bursada Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunan “Dirilişin Adı: Qarabağ” adlı tədbir keçirilib.

Tədbir Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin və Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçıları əvvəlcə Azərbaycan–Türkiyə qardaşlığı mövzusunda rəsm sərgisi ilə tanış olublar.

Sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdalıyeva  Qarabağ Zəfərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şəhid və qazilərin fədakarlığı sayəsində əldə edildiyini vurğulayıb.

Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Murad Böyükxanov Zəfərin gənclər üçün milli qürur mənbəyi olduğunu qeyd edib. Bursa Nilufər Şəhər Məclisinin sədri Mustafa Berkay Aydın isə Zəfərin strateji və mədəni əhəmiyyətindən bəhs edib. Siyasi partiyaların, Bursa Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər çıxışlarında Türkiyə–Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi vurğulayıblar.

Proqramda Türkiyə parlamentinin sabiq deputatı, yazar Faruk Anbarcıoğlunun rəhbərliyi ilə “1 Şəhid, 1 Hekayə, 1 Şeir” layihəsi təqdim olunub, Qarabağın tarixi və strateji əhəmiyyətinə dair təqdimatlar, videoçarxlar və musiqi nömrələri nümayiş etdirilib.

Tələbələrin teatr səhnəcikləri və milli rəqsləri iştirakçıların alqışları ilə qarşılanıb.

AMİDTV.AZ

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib