Şairə, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur – VİDEO

14
bbbbbb 0
Spread the love

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrə yazıçılar, şairlər öz yeni əsərlərini mütamadi olaraq təqdim edirlər.

Kitabxananın Fəxri oxucusu, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, şair, publisist Nəsibə İsrafilqızı kitabxana ilə sıx əməkdaşlıq edir. Vətənpərvər şairin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur və tədbirlərdə səsləndirilir.

Nəsibə İsrafilqızı “Yaradıcı oxucularımız” layihəsinə yeni yazdığı “TÜRKSOY” şeirini təqdim etdi. Şeir türkdilli dövlətlərin bir araya gələrək mədəniyyət və incəsənət sahəsində birgə əməkdaşlıq məqsədi ilə 1993-cü ildə yaradılan beynəlxalq TÜRKSOY təşkilatına həsr edilib. Şair qardaşlıq adına məbəd tikərək, əl-ələ tutaraq, dünyanı heyrətə salaraq bir günəştək gələcək nəsillərə şəfəqin saçan könüllər mülkündə Turan olan TÜRKSOY-u tərənnüm edir.

Şeirə bəstəkar Fərahim Qulubəyov musiqi yazıb. Mahnını Xalq artisti Gülyanaq Məmmədova ifa edir.

Şeir və mahnı oxuculara təqdim olunur:

TÜRKSOY

Bayraqlar ucaldı, səmamız güldü,

Göydən yer üzünə nurlar töküldü.

Qardaşlıq adına məbəd tikildi,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

Azərbaycan, Qazaxıstan, tatarım,

Özbəkistan, Qırğızsıtan da varım.

Altay, Saha, Tuva, qaqauzlarım,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Dünyanı heyrətə salandı TÜRKSOY.

Ulu Türküm bir günəştək yol açır,

Gələn nəsillərə şəfəqin saçır.

Hakazım Kıbrısla hey qucaqlaşır,

Əl-ələ tutdular yarandı TÜRKSOY,

Könüllər mülkündə, Turandı TÜRKSOY.

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan elmini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş dövlət xadimi Rafiq Yəhya oğlu Əliyev

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İki qəhrəman nəslin layiqli davamçısı Hümbətzadə Elvina Səfər qızının uğur yolu