Vyana Mədəniyyət Mərkəzində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüş keçirilib

8
bbbbbb 0
Spread the love

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Avstriya Respublikasına səfər edib.
Səfər çərçivəsində Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayəndə heyətinin bu ölkədə yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açılış nitqi ilə çıxış ediblər.
Sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə bu il Vyanada səhnələşdiriləcək “Arşın mal alan“ operettasının yaradıcı heyəti tamaşanın ilk afişasını Adil Kərimliyə təqdim edib.
Tədbirin bədii hissəsində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
Konsertdə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

AMİDTV.AZ

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının birgə konserti keçirilib

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib