Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub

17
bbbbbb 0
Spread the love

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı davam edir.
Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.
İki turdan ibarət müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub:
Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.
Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb.
Azərbaycan Milli Konservatoriyasının “Ənənəyə sadiqliyə görə” xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.
Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.
Müsabiqə laureatlarının yekun konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək

AMİDTV.AZ

Aygün Məmmədova

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri